Ermənistan və Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü baş tutub. Bu barədə şənbə günü Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat verib.
“Görüşdə əsirlərin dəyişdirilməsi və itkin düşən şəxslərin axtarışı məsələləri müzakirə edilib”, - məlumatda qeyd olunur.
Məlumatda dəqiqləşdirilir ki, Ermənistan MTX-nin rəisi Armen Abazyan və Azərbayan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev Ermənistanın Yerasx yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının sərhədi arasındakı neytral ərazidə görüşüblər.
Qeyd olunur ki, bu məsələ ilə bağlı təmaslar davam edir. **