Azərbaycan prezidenti İlham Əliyev Vidadi Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, 9 yanvar 2021-ci il tarixində Muradova Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Rayon məhkəməsinin qərarı ilə Muradovun barəsində həbs qətimkan tədbiri seçilib. **
B.Rüstəmbəyov