Yanvarın 11-də Moskvada Rusiya, Ermənistan və Azərbayan liderlərinin öncədən planlaşdırılan danışıqlar gündəliyi Qarabağda postmünaqişə nizamlanmasının iqtisadi aspektlərinin müzakirəsini nəzərdə tutur, lakin İrəvan ilk növbədə həlak olanların və itkin düşənlərin axtarışı, həmçinin, hərbi əsirlərin taleyini müzakirə etmək niyyətindədir. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Mane Qevorkyan bəyan edib.
O, həmçinin bildirib ki, Moskvada Dağlıq Qarabağ məsələsinə dair sənədin imzalanması və ya hər hansı ərazi məsələlərinin həlli planlaşdırılmır. “Öncə planlaşdırılan gündəlik iqtisadi xarakter daşıyır, bura regional kommunikasiyaların açılması, beynəlxalq yükdaşımalarının reallaşdırılması, həmçinin Ermənistandan Rusiya və İrana, həmçinin Ermənistanın mərkəzi rayonlarından Sünik vilayətinə daşımalar daxildir”, - Qevorkyan qeyd edib.
“Əgər danışıqlar zamanı gündəliyə dair məsələlərlə bağlı razılıq əldə olunarsa, yəni iqtisadi mövzular, əsirlərin dəyişdirilməsi, itkin düşən şəxslərin axtarışına dair, o zaman görüşün nəticələri üzrə birgə bəyanatın imzalanması mümkündür”, - baş nazirin mətbuat katibi vurğulayıb. **