Azərbaycanda koronavirus infeksiyasına daha 601 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 224,651 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2 909 nəfərə çatıb.
Virusa yoluxmuş 208,681 min nəfər (sutka ərzində +1 593) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 61 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 267,923 min test aparılıb.**
B.Rüstəmbəyov