Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan və Azərbayan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışını müzakirə etmək məqsədilə görüşüblər.
“Bu günlərdə Ermənistanın Yerasx yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının sərhədi arasındakı sərhədyanı neytral ərazidə görüş baş tutub. Bu gün Ermənistanın Sünik vilayətinin Vorotan və Şurnux yaşayış məntəqələrinin ərazisində eyni formatda görüş keçirilib. Əsirlərin dəyişdirilməsi və itkin düşən şəxslərin axtarışı məsələləri müzakirə olunub”, - bazar günü Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat verib.
MTX iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin bazar ertəsi Ermənistanın Tavuş vilayəti ərazisində görüşünə hazırlığın getməsinə dair Ermənistan KİV-in yaydığı məlumatları təkzib edib.
“Bir sıra KİV və teleqram kanalları görüşlərdə ərazi və sərhədyanı məsələlərin müzakirəsinə dair həqiqəti əks etdirməyən xəbərlər yayır. Keçirilən və zərurət yaranacağı halda keçiriləcək görüşlərdə yalnız yuxarıda qeyd olunan məsələlər müzakirə olunub və müzakirə ediləcək (əsirlərin dəyişdirilməsi, itkin düşmüş şəxslərin axtarışının aparılması)”, - Ermənistan MTX-dən bildirilir. **