SOCAR $100 milyon məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kuponun faiz dərəcəsi illik 4,5%-dir (istiqraz sahiblərinə ödənişlər rübdə bir dəfə həyata keçiriləcək).
İstiqrazların tədavül müddəti 5 ildir.
İstiqrazların kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsi planlaşdırılır.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi planlaşdırır.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizləri hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 milyon təşkil edəcək.*
A.Əzizov