Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə dövlət büdcəsinə 3 milyard 938 milyon 242,2 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 408 milyon 624,84 min manat təşkil edib. Beləliklə, 2020-ci ildə dövlət büdcəsinə köçürmələr 10,7% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 741,485 milyon manat, aksizlər üzrə 143 milyon 511,1 min manat, yol vergisi üzrə 36 milyon 637,1 min manat təşkil edib.
Bundan başqa, ötən il gömrük rüsumları üzrə köçürmələr 1 milyard 16 milyon 609 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edib. Beləliklə, bu dövrdə plan tapşırığı 102,8% yerinə yetirilib.*
N.Abbasova