2020-ci ildə Hesablama Palatasının saxlanması xərcləri 7 milyon 331,750 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası 8 milyon 916,223 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 82,2%-i istifadə olunub.
2020-ci ildə vəsaitlərin əsas həcmi Hesablama Palatası işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib. Bu məbləğ 4,783 milyon manat və ya il ərzində Palatanın bütün xərclərinin 65,2%-ni təşkil edib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 1 milyon 208,871 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 689,853 min manat, ölkədaxili ezamiyyə xərcləri 9,84 min manat, xaricə ezamiyyə xərcləri 3,024 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.*
B.Rüstəmbəyov