Bakı, Yerevan və Moskva arasında Dağlıq Qarabağla bağlı əldə edilmiş üçtərəfli razılaşmalar ardıcıllıqla yerinə yetirilir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu gün üçtərəfli razılaşmaların ardıcıllıqla həyata keçirildiyini məmnunluqla qeyd etmək olar. Hesab edirik ki, bu, köhnə münaqişənin Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun olaraq uzunmüddətli və tamformatlı şəkildə ədalətli həllinə lazımi zəmin yaradır", - deyə Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.
O xatırladıb ki, atəşkəsə riayət olunmasına nəzarət üçün Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı kontingenti yerləşdirilib və atəşkəs rejiminin təmin olunması sistemi yaradılıb.
"İndi bölgədə vəziyyət sakitdir", - deyə Putin əlavə edib.*