Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup Dağlıq Qarabağda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sərhədlərin açılması məsələləri ilə məşğul olacaq. Bunu RF prezidenti Vladimir Putin deyib.
"Regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sərhədlərin açılması məsələsinə xüsusi diqqət yetirilməlidir", - deyə o, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
"Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq", - deyə Putin əlavə edib.
"Hörmətli həmkarlarım, ümid etmək istərdik ki, bugünkü danışıqlarımız işgüzar şəraitdə keçəcək və bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin və sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.*