Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada danışıqların əvvəlində salamlaşsalar də, bir-birinin əlini sıxmayıblar.
Kremldə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə RF, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar başlayıb.
Putin Əliyev və Paşinyanla mehribanlıqla salamlaşıb, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri isə danışıqlar masası arxasına əyləşərək bir-biri ilə əl sıxmadan salamlaşıblar.*