Yanvarın 13-də İslamabadda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yanvarın 13-də İslamabadda baş tutacaq”, - deyə o bildirib.
Çavuşoğlu qeyd edib ki, həmçinin nazirlərin ikitərəfli görüşləri də keçiriləcək.
Nazir əlavə edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin də görüşü planlaşdırılır. O, görüşün dəqiq tarixini açıqlamayıb.*
R.Əhmədov