Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderlərinə Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin statusunu dəqiqləşdirməyi təklif edib.
"Düşünürəm ki, bu gün 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn münaqişənin həllinin əsas istiqamətləri ilə bağlı növbəti addımların müəyyənləşdirilməsi vacibdir. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin mühafizəsi ilə bağlı məsələləri nəzərdə tuturam", - deyə Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.*