2020-ci ildə Gürcüstana 295,2 min Azərbaycan vətəndaşı səfər edib ki, bu da 2019-cu illə müqayisədə 5,2 dəfə azdır. Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının məlumatında deyilir.
Ötən il Gürcüstana səfər etmiş əcnəbilərin ilk üçlüyünə Türkiyə vətəndaşları liderlik edir (335,9 min nəfər, il ərzində azalma 3,4 dəfə), ikinci yerdə Azərbaycan vətəndaşları (295,2 min nəfər, azalma 5,2 dəfə), üçüncü yerdə Ermənistan vətəndaşları (261,3 min nəfər, azalma 5,2 dəfə) qərarlaşıb. Növbəti pillələrdə Rusiya, Ukrayna, İsrail, İran, Özbəkistan, Belarus, Qazaxıstan, Polşa, Almaniya və digər ölkələrin vətəndaşları gəlir.*