Xarici işlər naziri Ceyhun Bayramov 13-14 yanvar tarixlərində Pakistana səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“13-14 yanvar tarixlərində xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək. Səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. 14 yanvar tarixində isə Ceyhun Bayramovun Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə