Azərbaycanda koronavirus infeksiyasına daha 176 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 224,827 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2926 nəfərə çatıb.
Virusa yoluxmuş 209,522 min nəfər (sutka ərzində +841) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 379 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 086, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 272,009 min test aparılıb.*
N.Abbasova