Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsi zonasında ciddi insidentlərin baş vermədiyini bəyan edib.
"Biz belə qənaətə gəldik ki, bu sazişin (Qarabağla bağlı) şərtlərinə bütövlükdə əməl edilir. Heç bir ciddi insident qeydə alınmır", - deyə Putin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə üçtərəfli danışıqların yekunları üzrə bildirib.
O qeyd edib ki, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.
Artıq 48 mindən çox məcburi köçkün və qaçqın Dağlıq Qarabağa qayıdıb.
"İnfrastruktur, energetika və yaşayış binalarının bərpası istiqamətində davamlı iş aparılır", - deyə Putin əlavə edib.*