Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb.
"Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkürümü bildirim. Təəssüf ki, bu münaqişə hələ də həll olunmayıb", - deyə Paşinyan Moskvada Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli danışıqların yekunlarına dair birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, atəşkəs rejimini təmin etmək mümkün olub, lakin hələ bir çox məsələlər qalmaqdadır, onlardan biri də Dağlıq Qarabağın statusu məsələsidir.
"Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqları davam etdirməyə hazırdır", - deyə Paşinyan qeyd edib.*