Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsini ötən ilin ən mühüm hadisəsi adlandırıb.
“Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub. Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır", - deyə o bildirib.
Putin Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı imzaladığı və əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etdiyi üçtərəfli bəyanatın vacibliyini də vurğulayıb.*