Rusiya Federasiyasının prezidenti Vladimir Putin Cənubi Qafqazda vəziyyətin nizamlanmasının Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın xeyrinə olacağına ümidvar olduğunu bildirib.
“Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək”, - deyə o, Prezident İlham Əliyevlə görüşdə bildirib.
Putin qeyd edib ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir və bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir.
“Bizim birgə işimizin əksər istiqamətləri və iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur”, - deyə Rusiya prezidenti vurğulayıb.*