Prezident İlham Əliyev Ermənistan tərəfinin 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcəyinə əminlik ifadə edib.
“Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq”, - deyə dövlət başçısı bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşdə qeyd edib.*