Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və Ermənistana ikitərəfli münasibətlər üçün faydalı olan qərarlara çıxmağa kömək edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqlar zamanı Rusiya prezidenti qeyd edib ki, Rusiya-Ermənistan münasibətləri müttəfiqlik xarakteri daşıyır və daşımağa davam edəcək. O bildirib ki, 2020-ci ilin ağır keçməsinə baxmayaraq, ölkələr arasında ticarət dövriyyəsi 3,9% artıb.
"Bütün bunlar ümid etməyə əsas verir ki, Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlandıqca biz, şübhəsiz ki, erməni xalqına, Ermənistan dövlətinə və ikitərəfli münasibətlərimizə fayda verəcək qərarlara çıxacağıq", - deyə Putin bildirib.
O, həmçinin üçtərəfli danışıqlarda iştirak etdiyinə görə Paşinyana təşəkkürünü bildirib və Dağlıq Qarabağla bağlı indiyədək həll olunmamış məsələlərin həll ediləcəyinə ümidvar olduğunu bildirib.
"Ümumilikdə bu, regionun gələcəyi və regionda, ilk növbədə, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulması ilə bağlı qərarlar verə bilməyimiz üçün faydalı görüşdür", - deyə Putin əlavə edib.*