Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə əməkdaşlığın geniş gündəliyinin olduğunu qeyd edir.
"İkitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur", - deyə Əliyev bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. "Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var", - deyə Azərbaycan Prezidenti əlavə edib.*