Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2020-ci il üzrə maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun auditini keçirəcək auditor seçir.
Seçim kotirovkla sorğusu üsulu ilə aparılır.
Təkliflər 18 yanvar saat 16:00-dək qəbul olunur.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
Agentlik Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.**
Ə.Məmmədov