Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının reallaşdırılması məqsədilə RF, Azərbaycan və Ermənistan lidrlərinin Moskavada keçirilən görüşünün yekunları üzrə yaradılan İşçi Qrupuna Ermənistan tərəfindən rəhbərlik edəcək.
“Mqer Qriqoryan Ermənistan tərəfindən İşçi Qrupuna rəhbərlik edəcək”, - çərşənbə axşamı “İnterfaks”a baş nazirin ofisindən məlumat verilib.
Ötən bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan danışıqların yekunlarına dair bəyan edib ki, tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üzrə üçtərəfli qrupun yaradılması haqqında bəyanat imzalayıblar.
RF-Azərbaycan-Ermənistan İşçi qrupunun ilk iclasının yanvarın 30-dək keçirilməsi gözlənilir **