2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-da ÜDM-in azalmasını COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə izah ediblər.
Hesabat ilində qeyri-neft sektorunda azalma 2,6% təşkil edib.
2020-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 72 milyard 432,2 milyon manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 262,8 manata (azalma 5%) bərabər olub.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb. Qeyri-neft sektorunda artım 3,5% təşkil edib.*
A.Əzizov