Ermənistanın baş prokuroru Artur Davtyan rusiyalı həmkarı İqor Krasnova Azərbaycanda başlanmış cinayət işlərinin fiqurantları olan erməni məmurlar barəsində axtarış elan edilməməsini təklif edib. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti A.Davtyan və İ.Krasnov arasında Moskvada baş tutmuş görüşdən sonra məlumat yayıb.
"Davtyan Azərbaycanın səlahiyyətli orqanları tərəfindən başlanmış cinayət təqibi əsasında Ermənistanın sabiq və fəaliyyətdə olan məmurlarının MDB ərazisində axtarışının istisna edilməsi mümkünlüyünü qeyd edib”, – deyə məlumatda bildirilir.*