Azərbaycanda koronavirus infeksiyasına daha 474 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 225,82 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2957 nəfərə çatıb.
Virusa yoluxmuş 212,12 min nəfər (sutka ərzində +1 322) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 743 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 287,959 min test aparılıb.*
B.Rüstəmbəyov