Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasına 12 min manat yönəldəcək. Bu barədə Dövlət Satınalmaları portalı məlumat verir.
Xəbər verildiyi kimi, “AtaSığorta” şirkəti ARDNF-in əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Yanvarın 6-da şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir. Şirkət Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
Ə.Məmmədov