Dövlət Turizm Agentliyi Şəki şəhəri “Yuxarı Baş”Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Yuxarı Karvansaray” kompleksinin yenidənqurma, bərpa və abadlıq işləri üçün «Chiza Architectural Bureau» MMC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, şirkətlə layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 196,777 min manatdır. **
X.Nəsirzadə