Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Görüş zamanı Həsənov iki ölkə arasında hərbi sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Öz növbəsində dəfir bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amildir.
“Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub”, - məlumatda qeyd olunur.
Həmçinin, Həsənov İkinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib. **
X.Nəsirzadə