"Azerbaijan International Telecom" MMC (“AzInTelecom”) cəmiyyətin 2020-ci il üçün konsolidasiya edilmiş maliyyə hesabatının keçirilməsi üçün şirkət seçir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər iri banklar, kredit təşkilatları, dövlət qurumları, beynəlxalq və xarici şirkətlərdə auditin həyata keçirilməsi sahəsində təcrübəyə malik olmalıdır.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri fevralın 15-dək qəbul olunacaq, tender proseduru fevralın 16-da baş tutacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.**
Ə.Məmmədov