Azərbaycanda koronavirus infeksiyasına daha 380 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 226,2 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2 971 nəfərə çatıb.
Virusa yoluxmuş 213,279 min nəfər (sutka ərzində +1159) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 9 min 950 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 295,612 min test aparılıb.**
R.Əhmədov