Azərbaycan rəsmi Bakının icazəsi olmadan Ermənistanın dövlət rəsmilərinin Dağlıq Qarabağa səfərlərini qanunsuz və qəbuledilməz hesab edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir.
“Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir. Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər”, - bəyanatda deyilir.
Həmçinin, nazirlik Ermənistan XİN başçısının Azərbaycanın Dağlıq Qarabağ regionunun statusuna dair bəyanatını əsassız hesab edir. “ Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Azərbaycan prezident İlham Əliyevin status məsələsini (Dağlıq Qarabağın - İF) tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”, - XİN qeyd edir. **
R.Əhmədov