“PAŞA Bank” 2020-ci ildə aktivlərini 15,6% - 5 milyard 513,021 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 2 milyard 95,034 milyon manat (artım 16,5%) təşkil edib.
Hesabat ilinin sonuna “PAŞA Bank”ın öhdəlikləri 4 milyard 971,876 milyon manata (2020-ci il ərzində artım 15,8%) bərabərdir. Bu dövrdə bankda depozitlər 4 milyard 14,761 milyon manat (artım 12%) məbləğində qiymətləndirilir.
2020-ci ilin sonuna bankın kapitalı 541,145 milyon manat (artım 13,7%), nizamnamə kapitalı 354,512 milyon manat (artım 6,5%) təşkil edir.
“PAŞA Bank” 2020-ci ili 84,252 milyon manat məbləğində xalis mənfəətlə (2019-cu illə müqayisədə artım 29,5% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov