“Şahdağ Turizm Mərkəzi” QSC mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin sığortalanması üçün sığortaçı seçir.
Elanda deyilir ki, bu xidmətlərə görə sığorta haqları dövlət büdcəsindən ödəniləcək.
Seçim təkliflər sorğusu metodu ilə keçirilir.
Təkliflər 27 yanvar saat 17:00-dək qəbul olunur. Təklif zərfləri 28 yanvar saat 11:00-da açılacaq.
“Şahdağ Turizm Mərkəzi” QSC Dövlət Turizm Agentliyinin strukturuna daxildir.*
Ə.Məmmədov