Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçir.
Seçim 6 istiqamət (mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi; təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi; dizayn-təmir-tikinti; İT-kibertəhlükəsizlik sahəsi; balıq məhsullarının istehsalı və satışı; birdəfəlik karton tara istehsalı) üzrə təkliflər sorğusu metodu ilə keçirilir.
Təkliflər 22 yanvar saat 16:00-dək qəbul olunur. Təklif zərfləri 25 yanvar saat 16:00-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov