Yanvarın 26-da Moskvada Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Cavad Zərif arasında danışıqlar aparılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“İranın xarici işlər naziri yanvarın 26-da Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq”, - deyə M.Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
Danışıqlar zamanı XİN başçıları İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.*