Annika Söder ATƏT-in Cənubi Qafqazdakı xüsusi nümayəndəsi təyin olunub. Bu barədə təşkilatın saytında məlumat verilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o, bu vəzifədə Rudolf Mixalkunu əvəz edib. R.Mixalku 2018-ci ilin sentyabr ayından ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi olub.
A.Söderin təyinatı ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde tərəfindən açıqlanıb.
Bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə sədrlik Polşaya keçəcək.*
Ə.Məmmədov