Azərbaycanda koronavirus infeksiyasına daha 349 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 226,549 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2983 nəfərə çatıb.
Virusa yoluxmuş 213,773 min nəfər (sutka ərzində +494) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 9 min 793 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 302,843 min test aparılıb.*
X.Nəsirzadə