2020-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 29 milyon 23 min 125,27 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat ilində Azərbaycandan $9 milyard 363 milyon 570,68 min dəyərində neft ixrac edilib.
2020-ci ildə neft ixracı 2019-cu illə müqayisədə miqdar ifadəsində 5,9%, dəyər ifadəsində 36,8% azalıb.
Ötən il ixracın ümumi strukturunda neftin payı 68,15% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti $43,1 təşkil edib.*
N.Abbasova