Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində həm Türkiyənin, həm də Rusiyanın 60 hərbçisi olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Mərkəzdə ilkin mərhələdə 60 türk və 60 rus hərbçi olacaq”, - deyə o, “Sabah” qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində, təmas xəttindən təxminən 8 km məsafədə yerləşəcək.*