2020-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2020-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,92%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan Rusiyaya $709 milyon 390,07 min dəyərində (azalma 3,1%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 5,16%-i Rusiyanın payına düşüb.
Ötən il Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 962 milyon 155,68 min (azalma 14,3%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,76% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 252 milyon 765,61 min təşkil edib.
2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 22 milyon 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur.*
Ə.Məmmədov