2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2019-cu illə müqayisədə 12,6% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $542 milyon 389,15 min dəyərində 49,692 min ədəd avtomobil (artım 15,1%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $8 milyon 330,58 min dəyərində 167 ədəd elektrokar və $28 milyon 32,44 min dəyərində 5,08 min ədəd hibrid avtomobil gətirilib.
2020-ci ildə ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $55 milyon 774,79 min dəyərində 3,626 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,1%), o cümlədən $18 milyon 948,91 min dəyərində 152 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 33,1%) gətirilib.
Bundan başqa, hesabat ilində respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $30 milyon 483,94 min dəyərində 259 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 52,7%) gətirilib.*
N.Abbasova