Bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Bu gün Azərbaycan Prezidenti, əziz dostum İlham Əliyevlə telefon danışığım olub. Azərbaycan-Türkiyə münasibətləri və regional məsələlərlə bağlı müzakirə aparılıb”, - deyə Ərdoğan “Telegram” hesabında yazıb.
O, Azərbaycanın haqlı və böyük bir mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını qeyd edib.
“Türkiyənin Azərbaycana bu yeni dövrdə töhfə və dəstəyi davam edəcək”, - deyə Türkiyə lideri vurğulayıb.
«Hürriyet» qəzetinin məlumatına görə, Ərdoğan, həmçinin erməni işğalından azad edilmiş Dağlıq Qarabağda təmir-tikinti işlərinin başlanmasından məmnunluğunu ifadə edib.*
N.Abbasova