Azərbaycanda koronavirus infeksiyasına daha 322 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 227,273 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3009 nəfərə çatıb.
Virusa yoluxmuş 215,268 min nəfər (sutka ərzində +845) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 996 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 776, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 318,193 min test aparılıb.*
N.Abbasova