Türkiyə sahillərində batmış “Arvin” quru yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb. Bu barədə "İnterfaks"a Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindəki (AFAD) mənbə məlumat verib.
"6 nəfər xilas edilib, 2 nəfər ölüb, 4 nəfərin axtarışı davam etdirilir", - deyə mənbə bildirib.*