Azərbaycan 2020-ci ildə ərzaq məhsullarının idxalını 0,2% - $1 milyard 640 milyon 721,66 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 1 milyon 365 min 100,13 ton (azalma 13,9%) buğdanın ($296 milyon 905,18 min), 363 min 143,45 ton (artım 5%) meyvə-tərəvəz məhsullarının ($203 milyon 769,77 min), 43 min 948,45 ton (azalma 14,8%) ətin ($78 milyon 690,66 min), 166 min 216,66 ton (azalma 0,8%) bitki və heyvan mənşəli yağların ($161 milyon 294 min) payına düşüb.
2020-ci ildə Azərbaycana $82 milyon 608,28 min dəyərində 16 min 806,39 ton kərə yağı (artım 19,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,29%-i ərzaq məhsullarının payına düşüb.**
B.Rüstəmbəyov