2020-ci ildə Azərbaycana $377 milyon 145,01 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ötən il Azərbaycana $377 milyon 145,01 min dəyərində (artım 27,2%) 22 min 673,04 ton (artım 37,2%) əczaçılıq məhsulları idxal edilib.
Komitənin məlumatına görə, 2020-ci ilin dekabr ayında ölkəyə $45 milyon 969,98 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal edilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycana $296 milyon 531,79 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal edilib.**
N.Abbasova