2020-ci ildə Azərbaycanda neft hasilatı 34 milyon 538,848 min ton təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 7,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2020-ci il ərzində Azərbaycanda 34,5 milyon 538,848 min tob xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub”, - şirkətdən qeyd ediblər..
SOCAR-ın məlumatına göər, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 37 milyuard 140,9 milyon kubmetr təşkil edib (artım 4,3% - İF).
“Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artıb”, - şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. **
N.Abbasova